Yaponiyada Kobayashi Pharmaceutical Co. Şirkətinin məlumatında, tərkibində qırmızı düyü mayası olan “Beni-koji” qəbul edən 100-dən çox insan xəstəxanaya yerləşdirilib.
Hafta.az-ın yazdığına görə, xəstələrin əksəriyyətinin “böyrək xəstəliyindən” şikayət etdiyi bildirilib.
Yapon şirkəti sözügedən məhsulu ölkə daxilində müxtəlif bölgələrdə bazardan geri çəkməyə qərar verdiyini açıqlayıb.
Səhiyyə Nazirliyi məhsulu istehlak edən 2 nəfərin öldüyünü, ölüm səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdiyini bildirib. Ölənlərdən birinin bu məhsulu 2021-ci ilin aprelindən 2024-cü ilin fevralına qədər istehlak etdiyi müəyyənləşib.
Nazirlik brendin məhsul kateqoriyasındakı təxminən 6 min məhsulda "sağlamlığa təhlükə" üçün təcili yoxlamalar aparacaq.
Rəsmi Kyodo agentliyi 2023-cü ildə şirkətin 18,5 ton “Beni-koji” tərkibli məhsul istehsal etdiyini və 16,1 tonunu 50-dən çox şirkətə satdığını bildirib.